Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

CIA-ya sarsıdıcı zərbə: 12 agent öldürüldü

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Çində qurduğu casus şəbəkəsi darmadağın edildi.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, son illərdə CIA-nın Çinə göndərdiyi 20 casusdan 12-si öldürülüb, 8-si isə həbs olunub.

“New York Times” qəzetinin bununla bağlı yazdığına görə, Çin CIA-nın 2010-12-ci illərdə bu ölkədə casusluq fəaliyyəti ilə məşğul olan şəbəkəsini ifşa edib.

Qeyd olunur ki, deşifrə olunan casuslardan biri digər xəfiyyələrə də ibrət olsun deyə dövlət binalarından birinin bağçasında güllələnib.

cia-ye-cin-de-buyuk-bir-darbe-vuruldu-9166989CIA-nın Çində əməkdaşlığa cəlb etdiyi casusların əsasən, yerli vətəndaşlar olduğu bildirilir. Lakin Çin 2010-cu ildən sonra CIA-nın qurduğu casus şəbəkəsinin darmadağın edilməsinə nail olub.

Artıq ABŞ-dakı yüksək məmurlar da CIA-nın Çində formalaşdırdığı şəbəkənin 2010-cu ildən sonra ağır zərbə aldığını etiraf edirlər.

Hətta vəziyyətin qiymətləndirilməsi üçün CIA ilə Federal Təhqiqatlar Bürosunun (FTB) birgə araşdırmalara başladığı deyilir. Məlumata görə, bu qurumların analitikləri Şimali Virciniyadakı gizli ofisdə bir araya gəliblər. Birgə əməliyyat isə “Bal porsuğu” adı altında kodlaşdırılıb.

Aparılan araşdırma CIA daxilində xainlərin aşkarlanması, ya da xəfiyyələrlə əlaqə saxlanılan məxfi ünsiyyət sisteminin Çin tərəfindən “sındırılmasıdır”.

Bildirilir ki, təhqiqat zamanı bütün şübhələr CIA-nın keçmiş bir xəfiyyəsinə yönəlsə də, onun həbs edilməsi üçün yetərli sübutlar tapılmayıb. Birgə araşdırmada Qərb ölkələri kəşfiyyatının Çin və Rusiyada “işləmələri”nin çətinləşməsinin səbəbləri də öyrənilir.

Ümumiyyətlə, CIA-nın keçmiş casusları Oldriç Eymes və FTB-nin sabiq xəfiyyəsi Robert Hanssenin Rusiyaya ötürdükləri məlumatlar çox sayda amerikalı agentin yaxalanması ilə nəticələnib. Onlardan ən azı 10 nəfəri güllələnib.

Yeniçağ.Az

www.yenicag.az

552
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100