!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cibdə yox, kartda PUL SAXLAYANLAR: Əmanətlərimiz nə dərəcədə qorunur? – XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Ödəniş kartlarından pulun oğurlanması həm vətəndaş, həm də bankların ucbatından olur”.

Bu fikirləri Azərbaycanda bank kartlarının sürətlə artması və onların mümkün təhlükələrini şərh edərkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bank kartlarını alarkən müqavilədə əmanətlərin sığortalanması haqqında bəndə diqqət yetirməyin vacib olduğunu bildirib:

“İndi bütün dünyada bank hesabları kartla idarə edilir. İnsanlar da çalışır ki, banka getmədən, əlavə vaxt sərf etmədən pullarını rahat köçürsün. Banklar da, həmçinin artıq işçiyə pul vermədən xərclərini azaltmaqda maraqlıdır. Burada iki məsələyə diqqət yetirmək lazımdır. Birincisi, bankın xidmət şəbəkəsi, filiallarının və bankomatlarının sayı, ikincisi isə təhlükəsizlik məsələsidir. Bəzilərində ödəniş kartları çox, filialları isə azdır. Hansı banka müraciət etmək isə müştərinin öz seçimidir.

Əsas məqam bankların bağlanması deyil. Çünki onsuz da, bank bağlandıqda vətəndaşlar əmanətlərin sığortalanması vasitəsilə pullarını geri ala bilər. Qanuna görə, məbləği 100 min manatadək, illik faiz dərəcəsi xarici valyutada  2.5%-dək, milli valyutada 12%-dək olan əmanətlər tam şəkildə sığortalanır. Buna görə də ödəniş kartı alarkən müqavilədə əmanətlərin sığortalanması haqqında bəndin qeyd olunduğuna diqqət yetirmək lazımdır”.

Bank kartlarının təhlükəsizlik məsələsindən danışan ekspert vətəndaşlara kartlarında çox pul saxlamamağı məsləhət görüb:

“Bank kartlarının təhlükəsizlik məsələsində də bir xeyli problem var. Əsas təhlükə xakerlər vasitəsilə ödəniş kartlarından vəsaitlərin oğurlanmasıdır. Burada həm vətəndaşın, həm də bankın günahı ola bilər. Vətəndaş ya parolunu başqasına verir, ya da ona zəng vuraraq müxtəlif üsullarla kart hesabını ələ keçirirlər. Bəzən isə bankların təhlükəsizlik sistemindəki problemlər vətəndaşın ödəniş hesabının ələ keçirilməsinə səbəb olur. Bu hallarla qarşılaşmamaq üçün kartlarda çox pul saxlamamalıyıq”.

Sadiq Cavadov

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv