Cibgirlik edən iki bacı tutuldu

Sabirabad sakininin cibindən pul oğurlayan iki bacı tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 17-də Sabirabad rayon sakini M.Aslanlının cibindən 1100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri olan iki bacı saxlanılıb.

Araşdırma aparılır.