!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cibindən narkotik çıxdı

!Reklam – Yazi

Gödəkçənin cibindən marixuana tapılıb.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun idxal minik xəttinə daxil olan “Mercedes Benz E320 CDİ” markalı nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan vətəndaşı Kikolashvili Simon Tengizoviç gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı, onun əynindəki gödəkçənin sol üst cibindən salfetə bükülü, kəskin iyli, ümumi çəkisi 4 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv