Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cıdır düzündə “Bayatı-şiraz”: 30 il sonra ilk konsert - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin Şuşada hərbçilər üçün təşkil etdiyi ilk konsert proqramının videogörüntüləri paylaşılıb.

Yenicag.az xəbər verir ki, konsert proqramında Azərbaycanın tanınmış sənətçiləri iştirak edib.

Əvvəlcə xanəndələr Mirələm Mirələmov və Təyyar Bayramov Şuşa məscidinin minarələrindən azan səsləndiriblər.

30 ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə “Bayatı-şiraz” dəstgahı oxunub. Konsert bir sıra mahnıların ifa olunması ilə davam edib.

Qeyd edək ki, dekabrın 23-də DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

www.yenicag.az

302