Çili sahillərində 6,5 bal gücündə zəlzələ

Çili sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Santa-Krus şəhərindən 102 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.