Çilidə ölkənin mərkəzində sürətlə yayılan və artıq azı 10 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.
Yenicag.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
Bildirilir ki, Çilidə, əsasən, turizm bölgələri olan Vina del Mar və Valparaisoda ona yaxın yanğınlar tüğyan edir. Yanğın artıq minlərlə hektar meşəni məhv edib – Milli Meşə Təsərrüfatı Administrasiyasının məlumatına görə, təkcə Valparaisoda təxminən 7 min hektar ərazi yanıb. Sahil şəhərləri tüstüyə bürünüb, insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar.