Çilidə güclü zəlzələ – Ölənlər var

Çilidə şənbə günü baş verən 6.7 bal gücündə zəlzələdən sonra iki nəfər ürək tutmasından ölüb.

Yenicag.az-ın məlumatına görə, yaşlı kişi və qadın zəlzələdən sonra vəfat ediblər.

Qeyd edək ki, zəlzələnin ocağı 54 km dərinlikdə olub, episentri isə Kokimbo şəhərindən 29 km aralıda yerləşib.