!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çilov adasındakı elmi-tədqiqat gəmisinin heyəti xilas edildi - FOTO

!Reklam – Yazi

Çilov adası istiqamətində “SOCAR”ın “Geo­fizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki na­sazlıq yaranmış və küləyin təsiri nəticəsində 1 (bir) nəfər heyətlə dənizin dərin­liyinə doğru səmtlənmişdir.

Dövlət Sərhəd Xidmətindən Yenicag.az-a verilən məlumata görə, üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbə­bindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmamışdır.

Üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olmuş mü­ra­ciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilmiş və axtarış-xilasetmə tədbirlərinə başlanılmışdır.

Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkar edilərək yedəyə alınmış, qayıqda olan şəxs – 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülmüş və ona ilkin tibbı yardım göstərilmişdir.

Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs ”Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilmişdir.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv