Reklam: High Technic
hightechnic

Çılpaq əllə "bombanı" zərərsizləşdirmək istədi -  VİDEO

ABŞ-da polisə gələn “çantada bomba var” zəngindən sonra kuryoz hadisə baş verib. Hadisə yerinə gələn qanun keşikçiləri, birdən məlumatın dəqiq olduğunu düşünərək, çantanı zərərsizləşdirmək üçün istehkamçıları gözləməyi qərara alıblar.  

Yenicag.az bildirir ki, adi vətəndaş polisə məhəl qoymadan şübhəli çantanı zərərsizləşdirmək istəyib. O, çantanı götürərək içərisini boşaldıb.

Bundan sonra isə Viskonsin ştatı, Miluoki şəhər polisinin zabitləri onun üstünə şığıyaraq, yerə yıxıblar.

Videonun yerləşdirildiyi kanalın şərh bölümünə yazılanlar da maraqlıdır: “Bu oğlanı işə götürün və öz kölgəsindən qorxan polisin nazlı briqadasını çıxarın!”, “Polis hələ 3 saat yolları bağlayıb orda oturacaqdı, eşq olsun bu oğlana” – onlardan bir neçəsi yazıb.

Zaur H.  

www.yenicag.az

1718