Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma İspaniyanın Kadis şəhərində İngiltərə kollektivi ilə qarşılaşıb. Görüş Azərbaycan seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində qolları Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.
Qeyd edək ki, A qrupunda yer alan yığmamız oktyabrın 5-də Bakı vaxtı ilə saat 14:45-də Gürcüstan, iki gün sonra isə saat 20:00-da İspaniya ilə üz-üzə gələcək.