Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata əsasən, bu gün Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° olacaq.

Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacağı proqnozlaşdırılır.