!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin-ABŞ münasibətlərini gərginləşdirən texnoloji oğurluqlar - ŞƏRH

!Reklam – Yazi

ABŞ-ın keçmiş administrasiyasının Çinlə münasibətləri gərgin idi. Ancaq Cozef Bayden Amerikada prezident olduğu bu günlərdə də Çinlə münasibətlərdə gərginlik azalmır, tam əksinə, yeni ittihamlar ortaya çıxıb. Məsələn, ABŞ Ədliyyə Nazirliyi Çin vətəndaşına qarşı ciddi ittihamlar irəli sürüb.

Çenq Bo adlı həmin şəxs 3 ildir Amerikadan Çinə elektron texnologiyaları ixrac etdiyi halda Amerika büdcəsinə vergi ödəməyib. Həmin çinli Sinqapur şirkətində çalışırdı. Buna görə də həmin çinlinin əməlinə görə Sinqapur şirkəti təzminat ödəmək məcburiyyətində qalıb. Təzminat məbləği 1 milyon dolları aşıb. Amerikada aparılan tədqiqatlar zamanı müəyyələnşib ki, Çenq Bo Amerikada bilgisayarlar üçün əldə etdiyi xüsusi proqramları da Çinə ötürürdü. Bu proqramlar Çin Müdafiə Nazirliyi üçün lazım idi.

Texnoloji oğurluqlar Amerika-Çin münasibətləri tarixində ilk hadisə deyil. Amerikaya xüsusi məqsədlərlə göndərilən bir qrup çinli bu ölkənin müasir texnologiyaları oğurlamaq üçün var gücüylə çalışır və məxfi məlumatları Çinə göndərməyə çalışırlar. Onlar bu məqsədlə müxtəlif sənədləri saxtalaşdırır, Amerikaya guya təhsil almağa və ya bizneslə bağlı gəldiklərini bildirirlər.

Amerikalı rəsmilərin və diplomatların fikrincə, Çin özünün kəşf etmədiyi texnologiyaları əvvəlkitək başqalarından qanunsuz şəkildə əldə etməyə çalışır. Bu, ABŞ-da ciddi narahatlıq doğurur. Çünki bir müddət keçdikdən sonra həmin texnologiyalar Çin üzərindən Amerikanın özünə qarşı yönəlir. Həmin texnolgiyaların bir hissəsi hərbi məqsədlər üçün istifadə olunur.

Beləliklə, Cozef Bayden administrasiyası da Çinin Amerikadan texnoloji oğurluqları ilə mübarizə aparmaq məcburiyyətindədir. Bəzən bu oğurluqları müəyyənləşdirmək çətindir. Çünki hansısa Çin şirkəti ABŞ-da bir şirkətin hansısa layihəsini maliyyələşdirir, investisiya yatırır, daha sonra texnologiyaları əldə etdikdən sonra layihəni qapadır. Nəticədə layihə yarımçıq qalır, Çin isə yeni texnologiya əldə edir. Məhz bu hallara görə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Çinə qarşı sanksiyaları sərtləşdirmişdi. Tramp da hesab edirdi ki, Çin Amerika texnologiyalarını böyük həcmdə oğurlamaqla məşğuldur.

Çin başqa ölkələrdən əldə etdiyi texnologiyaları “kopyalamaqda” məşhurdur. İnternet Amerikada icad olunub. Ancaq Çin hakimiyyəti internetin sirlərini öyrəndikdən sonra ölkdə özünə aid internet formalaşdırıb. Başqa bir ölkənin internetin “kopyasını” yaratması problematik olar, Çindən başqa. Əhalisi 1 milyardı aşan Çin iqtisadi nəhəngə çevrilib, bu ölkə üçün mümkün olmayan heç nə yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv