Çin bankları noyabr ayında ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyanın kredit təşkilatları ilə işləməkdən imtina etməyə başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “İzvestiya” mənbələrə istinadla məlumat yayıb.
“Artıq “Bank of China” ödənişləri qəbul etməyi dayandırıb. Çinli tərəfdaşlar qorxurlar ki, indi yeni məhdudiyyətləri pozmaq baha başa gələ bilər və ikinci dərəcəli sanksiyalara məruz qala bilərlər”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, noyabrın 21-də ABŞ Maliyyə nazirliyi Rusiyanın “Qazprombank” BKS-Bank və digər kredit təşkilatlarına sanksiyalar tətbiq etmişdi.