Çin, ABŞ-yə qallium, germanium, dəmir və super bərk materiallar da daxil olmaqla, ikili təyinatlı malların ixracına nəzarəti gücləndirib.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” Çinin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
“Milli təhlükəsizliyin təmin edilməsi, ölkənin maraqlarının qorunması və beynəlxalq öhdəliklərin, o cümlədən nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi məqsədilə ABŞ-a ikili təyinatlı malların ixracına nəzarətin gücləndirilməsi barədə qərar qəbul edilib”, – deyə nazirliyin açıqlamasında bildirilir.
Nazirlik həmçinin qeyd edib ki, hərbi istehlak mallarının və ya hərbi məqsədlər üçün nəzərdə tutulmuş ikili təyinatlı malların ixracı qadağan olunacaq. Məlumatda bildirilir ki, qərar dərc edildiyi andan etibarən qüvvəyə minir.