Çin də ABŞ mallarına rüsum tətbiq etdi

Çin Dövlət Şurası 2025-ci il fevralın 10-dan ABŞ-ın enerji resurslarının idxalına rüsumlar tətbiq edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Şurasının fərmanında qeyd olunub.

Fərmana əsasən, neftə 10%, kömür və mayeləşdirilmiş təbii qaza (LNG) – 15% rüsum tətbiq ediləcək.

Bundan əlavə, ABŞ-ın avtomobillərinə, pikap maşınlarına və kənd təsərrüfatı texnikasına 10% rüsum tətbiq olunacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə sərəncam imzalayıb.