Çin hökuməti artıq əcnəbilərin çinli uşaqları övladlığa götürməsini qadağan edib.
Yenicag.az xarici KİV-ə istinadən verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin hökumət nümayəndəsi Mao Nina bildirib.
Məlumata görə, Çin daha əvvəl koronavirus pandemiyası zamanı beynəlxalq övladlığa götürməni dayandırmışdı.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin sözlərinə görə, yeganə istisna uşaq və ya ögey uşaqları övladlığa götürən qan qohumları olacaq. Hökumət sözçüsü bu qərarın səbəblərini açıqlamayıb.