!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin fil sümüyü satışını qadağan edib

!Reklam – Yazi

d0a3f78d-5989-4d6b-bdfb-8531dd2b8b4eÇində 2017-ci ilin sonunadək fil sümüyünün satışı və sənaye üsulu ilə emalı rəsmi olaraq tam qadağan ediləcək.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, müvafiq sənəd ölkənin Dövlət Şurası tərəfindən qəbul olunub.

Sənəddə bildirilir ki, Çin hökuməti 31 dekabr 2017-ci il tarixindən qadağan olunmuş məhsulun satış obyektlərini və emal yerlərini bağlamağa başlayacaq. 31 dekabr 2017-ci il tarixinədək bu tədbirlər bütün ölkə ərazisində həyata keçirilməlidir. Tətbiq edilən qadağa onlayn ticarətə də aiddir.

Həmin normativ hüquqi aktın icrasına nəzarət ölkənin İctimai Təhlükəsizlik Nazirliyi, Gömrük Xidməti, Kommersiya Nazirliyi, Meşə Təsərrüfatı İdarəsi və digər idarələrə həvələ olunub.

Yeniçağ.Az

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv