!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin hökuməti müsəlmanlara çadra geyilməsinə qadağa qoydu

!Reklam – Yazi

Çində müsəlmanların sıx yaşadığı Sincan-Uyğur muxtar rayonunda kişilərə saqqal saxlamağa və qadınlara çadranın geyilməsinə rəsmən qadağa qoyldu.

Bu barədə Yeniçağ.Az xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, yeni qaydalar 2017-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Çinlilər üçün “xas olmayan saqqal” saxlamağa da qadağa qoyulub. Rəsmi qurumlar bu addımı ekstremizmlə mübarizə ilə əlaqələndiriblər.

Sözügedən əyalətin bir neçə rayonunda qadağanın tətbiqinə başlanılıb.

Yeni qaydalarda ictimai yerlərdə üzü və bədəni örtən paltarların geyinilməsi, dini kəbin və xalq təhsili də qadağan edilib. Bundan başqa, çadralı qadınların ictimai nəqliyyatdan istifadəsinə icazə verilmir.

Sincan-Uyğur muxtar rayonunda 20 milyona qədər əhali yaşayır ki, onun da təqribən yarısı uyğurdur. Uyğurlar türkdilli xalqdır və etiqad olaraq müsəlman-sünnidirlər. Bu rayonda müsəlman çinlilər, qazaxlar və qırğızlar da yaşayır.

Qeyd edək ki, uyğur türkləri Çində əsrlər boyu müstəqillik uğrunda mübarizə aparıblar. Dini əqidəcə müsalman olan uyğurların orta əsrlərdə bölgədə güclü dövlətləri olub. Sonra Şərqi Türküstan Çinin nəzarətinə keçib.

Uyğurlar 1934 və 1944-cü illərdə iki dəfə öz cümhuriyyətlərini elan etsələr də, Çin dövləti onların mövcudluğuna son qoyub. 1949-cu ildə bölgə komminist Çin Xalq Respublikasının tam nəzarətinə alınıb. Rəsmi olaraq Sincan (Şərqi Türküstan) vilayəti Çin tərkibində muxtariyyət statusuna malik olsa da, türk əhalisinə qarşı assimilyasiya, örtülü soyqırımı davam etməkdədir.

Yeniçağ.Az

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv