Çinin Dövlət Şurasının baş naziri Li Ketsyan bildirib ki, “Honkonqun müstəqilliyi” sözünün “perspektivi yoxdur”.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, onun bildirdiyinə görə, Pekin Honkonq sakinləri üçün özünüiderəetmə sahəsində geniş səlahiyyətlərin saxlanması modelinə sadiq qalacaq.
Çin Pekinin “Bir ölkə – iki sistem” proqramı çərçivəsində ərazinin müdafiə məsələləri və xarici siyasətini özünə götrür, Honkonqa isə qanunvericilik, polis qüvvələrinin idarə edilməsi, valyuta siyasəti, vergi və miqrasiya məsələləri etibar edilir. Bundan əlavə, beynəlxalq təşkilat və tədbirlərdə Honkonqun nümayəndəlikləri saxlanılır.
Yeniçağ.Az