Çinin ən böyük neft və qaz istehsalçısı CNPC şirkəti ölkə ərazisində bir milyard tonluq neft sahəsi və 1.06 trilyon kubmetrlik şist qazı olduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, Sincan muxtar bölgəsində kəşf edilən qazın dünya bazarında tarazlığı dəyişdirəcəyi gözlənilir.
CNPC-nin araşdırmasına əsasən, Ordos hövzəsində dəqiq müəyyən edilən neft ehtiyatı 358 milyon tondur, təxmini ehtiyatların miqdarı isə 693 milyon tona çata bilər.
Bu il neft sahəsində ümumilikdə 640 min ton neft hasil edildiyini bildirən CNPC-nin filialı “PetroChina”nın sədr müavini Li Luquanq istehsalın yaxın gələcəkdə illik 3 milyon tona çatmasının gözlənildiyini bildirib.
Şirkət həmçinin, Sincan hövzəsində kəşf edilən 740.97 milyard kubmetr şist qazı ehtiyatının olduğunu da açıqlayıb. Şirkət bu il 7.7 milyard kubmetr şist qazı hasil etməyi və 2020-ci ilin sonuna qədər hasilatı 10 milyard kubmetrə qaldırmağı planlaşdırır.
Qeyd edilir ki, neft və şist qazı hasilatı üçün günümüzə qədər kifayət qədər texnologiyaya malik olmayan Çin bu gedişlə dünya enerji bazarında inqilab edəcək./Axar.az/