Çin İran neftinin idxalını dayandırdı: ABŞ-la danışıqlar aparılacaq

Çin hökuməti öz neft şirkətlərindən İrandan xam neft almamağı istəyib.

Yenicag.az  xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın sanksiyaları ilə əlaqədar “China National Petroleum Corp.” ilə “Sinopec”in İrandan neft tədarükünü dayandırdığı bildirilib.

Lakin mənbələrə görə, hər iki şirkətin İrandan neft tədarükünü dayandırması müvəqqəti addımdır. ABŞ-la aparılacaq danışıqlardan sonra tədarük yenidən bərpa edilə bilər.

COP29