Çin ixtiraçıları dünyaya meydan oxuyur

0e3e5cf3a267eb33165dade2d1d0f86f2014-cü ildə Çin ixtiraçıları tərəfindən patent hüququ əldə etmək üçün 928 min müraciət edilib ki, bu da ölkəyə ardıcıl dördüncü il dünyada bu göstərici üzrə birinci yeri tutmağa imkan verib. Lent.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə Çin Dövlət Əqli Mülkiyyət İşləri İdarəsinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, ötən il idarə ümumilikdə 233 min patent hüququ verib ki, bunun da 70 faizi (163 min) Çin vətəndaşıdır.

Eyni zamanda ötən ilin sonunda Çində idarə tərəfindən keyfiyyətli və yüksək bazar dəyərinə malik kateqoriyaya aid edilən 663 min patent qüvvədə olub.

2014-cü ildə əqli mülkiyyətin qorunması sahəsində daha çox fəallıq kəşflər üçün 23 min patentin verildiyi Pekində qeydə alınıb. Quandun sənaye əyalətində (22 min) və Tzyansu əyalətində (19,7 min) bir qədər az texnoloji yenilik patentləşdirilib.

Alınan qorunan sənədlərin sayına görə şirkətlər arasında lider 2,4 min patentlə “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı olub. Ondan sonrakı yerdə 2014-cü ildə aktivində 2,2 min patentin olduğu “ZTE” smartfon istehsalçısı qərarlaşıb. Liderlər üçlüyünü 1,9 min patent alan “Sinopec Group” neft-kimya korporasiyası tamamlayır.

“Əqli mülkiyyətin qorunması sahəsində ağırlıq yükü yüksək texnologiyalara tərəf yerini dəyişməkdə davam edir”, – idarənin məlumatında qeyd olunur.

Son vaxtlar Çin əqli mülkiyyətin qorunması sahəsində fəallığını xeyli artırıb. Ölkədə 2020-ci ilədək 10 min vətəndaşın payına düşən patentlərin sayını 3 dəfə artırmaq, eləcə də müvafiq müraciətlərin baxılması müddətini azaltmaq məqsəd kimi qarşıya qoyulub,