Türkiyədə Çin kəşfiyyatçıları tutulub.
Yenicag.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu məlumat yayıb.
İstintaq çərçivəsində İstanbul Prokurorluğu müəyyən edib ki, 7 şübhəli şəxs Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin Türkiyədə yaşayan tanınmış yerliləri, həmçinin bəzi dərnək və təşkilatlar haqqında məlumat toplayıb.
İstanbul Polis İdarəsinin əməliyyatı nəticəsində 6 şübhəli saxlanılıb, daha biri axtarılır.
Xuraman Etibarlı