!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin kosmosa daha üç kosmik aparat buraxdı

!Reklam – Yazi

Çin sentyabrın 12-də fəzaya daha üç kosmik aparat, o cümlədən Arktika və Antarktikanı müşahidə etmək üçün BNU-1 kod adı olan (“Tszinşi-1”) peyk göndərib. 

Yenicag.az xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnika Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, kosmik aparatları kosmosa daşıyan “Long March 4B” raketdaşıyıcısı ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan buraxılıb. Arktika və Antarktikanı müşahidə etmək üçün BNU-1 kod adı olan peyk Agentliyin, “Çançjen” İstehsalat Birliyinin (İB) və Pekin Pedaqoji Universitetinin birgə istehsalıdır. Ağırlığı cəmi 10 kiloqram olan bu aparat sayəsində, çinli alimlərin iddiasına görə, Yer kürəsinin hər iki qütbünü müşahidə etmək mümkün olacaq. Yaxın gələcəkdə bu cür peyklərin sayını 24-ə çatdırmaq nəzərdə tutulur. Çin alimləri onların köməyi ilə Tibet yüksək dağlıq ərazisini də tədqiq edəcəklər.

Qeyd olunub ki, bu start artıq “Çançjen” İB-nin 310-cu raket buraxılışıdır.

COP29

www.yenicag.az

7440
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv