Çin kosmosa rabitə peyki çıxardı

Çin ölkənin cənubunda yerləşən Vençanq kosmodromundan “Zhongxing-1E” peykini uğurla kosmosa çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, peyk səsli mesajların, məlumatların, radio və televiziya siqnallarının ötürülməsi üçün yüksək keyfiyyətli xidmətlər göstərəcək./Unikal/