Çin kosmosa yeni peyk buraxdı

Çin ölkənin şimal-qərbindəki Tsyutsyuan kosmodromundan kosmosa yeni sınaq peykini uğurla buraxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.

Eksperimental peyk 9 iyul bazar günü “Çançjen+2C” daşıyıcı raketi ilə buraxılıb. O, artıq planlaşdırılan orbitinə çatıb.

Kosmik gəmi peyk internet texnologiyaları üçün sınaq missiyaları həyata keçirəcək. Qeyd olunub ki, bu buraxılış “Çançjen+2C” seriyalı daşıyıcının 478-ci uçuşu olub.