Çin Kubaya 200 min dollar ayırıb

Çin rəhbərliyyi Kubaya koronavirusla mübarizə üçün 200 min dollar maliyyə yardımı ayırıb.

Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, maliyyə yardımından əlavə Çin Kubaya 10 min ədəd respirator maska, 2 min ədəd birdəfəlik qoruyucu kostyum, 500 ədəd infraqırmızı termometr, 2 min ədəd cərrahi əlcək və 2 min ədəd izolyasiya edən ayaqqabı göndərib.

Kuba prezidenti Migel Dias-Kanel öz “Twitter” səhifəsində Çin hökumətinə təşəkkür edib.

Qeyd edək ki, Kubada 396 koronavirusa yoluxma aşkarlanıb, 11 nəfər isə vəfat edib.

COP29