Çin Marsa enişin görüntülərini yaydı – VİDEO

Çin Milli Kosmik İdarəsi (CNSA) “Çjujun” aparatının Marsa eniş görüntülərini yayıb.

Yenicag.az xəbər verir ki, aparatın enmə görüntüləri qurumun Yutub hesabında yerləşdirilib.

Videoda Marsdan gələn qeyri-adi səslər də yer alıb.

Qeyd edək ki, Çinin “Tyanven-1” missiyası 2020-ci ilin iyulun 23-də Marsa enmişdi. “Çjujun” aparatı Qırmızı planetin səthinə enərək araşdırmalar aparır.