!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin normal həyata qayıdır: Park və muzeylər açıldı

!Reklam – Yazi

İlk dəfə Hubey əyalətində ortaya çıxan və sürətlə dünyaya yayılmaqda olan yeni növ koronavirusun mənbəyi Çin normal həyata davam edir.

Yenicag.az xəbər verir ki, Çində koronavirsla mübarizə məqsədi ilə bağlanmış park və muzeylər artıq açılıb.

İnsanların kütləvi şəkildə parklara və muzeylərə axın etməsinin qarşısının alınması məqsədi ilə müxtəlif qaydaların tətbiqinə başlanılıb, “Yasaq şəhər”in ziyarət həcmi isə 80 mindən 5 minə endirilib.

Çində artıq son 16 gündür ki, koronavirusdan insan itkisi qeydə alınmayıb.

Ümumilikdə isə ölkədə 82 min 874 koronavirus faktı aşkarlanıb, 4 min 633 nəfər isə virusun qurbanı olub.

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv