!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin rejimindən İslam dininə yeni basqı: Məscidlərdə qübbə və minarələr “yoxa çıxarılır”

!Reklam – Yazi

Çinin kommunist rejimi ölkədəki məscidlərdə İslami memarlıq üslubunu aradan qaldırır.

Yenicag.az xəbər verir ki, “The New York Times” qəzetinin xüsusi müxbiri Stiven Li Mayers dərc etdirdiyi “Çində İslam dininə təzyiqlər artır” adlı məqalədə sözügedən ölkədə İslam dininin əsas elementlərinin silinməsi siyasətinin genişləndirildiyi qeyd olunub.

Məqalədə bildirilir ki, Çin rejimi Qurani-Kərimin və ərəb əlifbasından istifadənin qadağan edilməsindən sonra indi də məscidlərin memarlıq üslubuna müdaxiləni gücləndirib.

Müəllifin yazdığına görə, Çin hökuməti müsəlman əhalinin yşğcam yaşadığı bölgələrdən İslam dininın əsas elementlərini yox etməyə çalışır. Buna misal olaraq, Çinin “Kiçik Məkkə” olaraq tanınan Linxia şəhərinin yaxınlığındakı kənddə məscidlərin qübbə və minarələrinin “yoxa çıxarılması” göstərilib.

Eyni “təcrübə” Çinin ən böyük müsəlman etnik azlığı olan huinlərin ana vətəni Monqolustan, Hounan və Ninqxiada tətbiq olunub. Cənubda yerləşən Yunnan bölgəsində 3 məscid bağlanıb, Pekindən Ninqxiaya qədər ərazidə müsəlmanların ərəb əlifbasından istifadəsi qadağan edilib.

“Halal” işarəsi də Çin rejiminin qəzəbinə məruz qalıb – hökumət “Halal” nişanının da Çin dilində yazılması tələbini qoyub. Hətta bir çox əyalətlərdə məmurlar qida, süd, un məmulatları üçün, o cümlədən, restoranlara “Halal” sertifikatının verilməsini dayandırıblar.

Ninqxia və Qansuda azan verilməsə də qadağan edilib. Bölgədə namazın vaxtını bildirən səs anonsu da eşidilməyəcək dərəcədə zəiflədilib. Gajuanqda isə məscidin qübbəsi üzərindəki qızıl təbəqə qoparılaraq, aparılıb. Jurnalistləri qeyd olunan bölgələrə səfəri isə tam məhdudlaşdırılıb.

Firuzə Alimova

www.yenicag.az

2358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv