Çin Rusiyaya qarşı sanksiyalara QOŞULMAYACAQ

Çin Rusiya Federasiyasına qarşı birtərəfli sanksiyalara qoşulmaq niyyətində deyil və bütün tərəflərlə normal maliyyə əməkdaşlığını davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bunu Çinin Bank və Sığorta Tənzimləmə Komitəsinin (CBIRC) rəhbəri Quo Şuçin çərşənbə günü mətbuat konfransında deyib.

“Biz bu cür (birtərəfli – red.) sanksiyalara qoşulmayacağıq və müvafiq tərəflərlə normal ticarət, iqtisadi və maliyyə əlaqələrimizi dəstəkləməyə davam edirik”, – deyə Quo Şuçin Çinin Ukraynadakı vəziyyətə görə Rusiyaya maliyyə sanksiyaları tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

O, həmçinin bildirib ki, anti-Rusiya sanksiyalarının Çin iqtisadiyyatına təsiri hazırda o qədər də aydın deyil və gələcəkdə də əhəmiyyətli olmayacaq.

“Sanksiyaların Çinin iqtisadiyyatına və maliyyəsinə təsirinə gəlincə, bu, indi o qədər də açıq görünmür, bunu müşahidə etmək lazımdır, lakin ümumilikdə, gələcəkdə də bunun əhəmiyyət kəsb edəcəyini düşünmürük, çünki bizim iqtisadiyyatımız və maliyyəmiz son dərəcə sabit və güclüdür”, – deyə Quo Şuçinq Rusiya Federasiyasına qarşı sanksiyaların Çin iqtisadiyyatına təsir edib-etməyəcəyi sualına cavab verib./Oxu.az/

COP29