!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Çin səddini keçmək olar, ancaq AMEA səddini əsla" - Təhsil eksperti AMEA-ya "od püskürdü" - VİDEO

!Reklam – Yazi

Analoqu olmayan akademik biabırçılıq

AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdiri vəzifəsində çalışan şəxslər yataqxanada yaşayan alimlər üçün tikilən binada evləri mənimsəyiblər.

Yenicag.az xəbər verir ki, təhsil eksperti Etibar Əliyev alimlər üçün tikilən binadan AMEA rəhbərliyindən kimlərin ev aldığını bir-bir açıqlayıb:

“AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man);

Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man);

AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man);

AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man)”.

Bu və digər məsələlərlə bağlı saytımıza təhsil eksperti Kamran Əsədov açıqlama verib.

O, əvvəlcə Azərbaycan elmindəki bərbad durumdan danışıb. Ekspert bildirib ki, gənclər AMEA-dan qaçır:

“Bu gün Azərbaycanda 30 yaşlı elmlər doktoru yoxdur. AMEA-dakı alimlərin çoxu 50 yaşın üstündədir. Bu gün Azərbaycan alimi istinad olunan alim formasında deyil. Bu gün AMEA-nın alimlərinin kəşfi yoxdur. Ola bilər ki, hansısa sahələr üzrə müştərək işlər ola bilər. Azərbaycan alimləri qrant layihələrdən gəlir əldə edə bilmirlər. Onların dövlət tərəfindən aldıqları pul, vəsait Nobel mükafatçılarının alacağı puldan böyükdür. Misal üçün, Fizika İnstitutuna avadanlıqların təmiri və bərpasına görə 3 milyon manat pul ayrıldı. Ancaq Nobel mükafatçıları bir neçə nəfər bir yerdə 1 milyon 200 min dollar pul alırlar”.

Ev məsələsinə toxunan təhsil eksperti bildirib ki, təkcə AMEA-da yox, digər dövlət strukturlarında da evlərin verilməsi zamanı sosial ədalət prinsipi pozulur:

“Evə ehtiyacı olan alimlər üçün bu proses həyata keçirilir. Evlər adətən gənc ailələrə, sosial durumu yaxşı olmayanlara verilməlidir. Sovet dönəmində bu prinsipə əməl edilirdi. Rəhbər şəxslər evləri götürüblər. Bəs ehtiyacı olanlara o evlərdən veriləcək? Bu gün gənclər AMEA-ya gəlmir. Çünki AMEA elmin qarşısında bir maneədir. Çin səddini keçmək olar, ancaq AMEA səddini əsla. AMEA-da öz yaxın adamlarının müdafiəsinə yardım etdikləri kimi, eləcə də ev məsələsində də ancaq yaxınları nəzərə alıblar. Bu gün kirayələrdə, yataqxanalarda yaşayan çoxlu sayda gənc ailələr var. Onlara nə maaş verirlər, nə də ev. Əslində ölkə prezidentinə məruzə olunur ki, bu qədər perspektivli gənclərimiz var. Onların sosial həyatını yaxşılaşdırmaq lazımdır. Ölkə prezidenti də pul ayırır. Yazıçılar birliyi elə, jurnalistlər yenə də elə. Ölkə başçısı vəsaiti sosial durumu pis olanlara ayırır, ancaq bölgü zamanı həmin şəxslər nəzərə alınmır. Bu gün Azərbaycan elmində kəşflər edəcək, dünyaya səs salacaq, ölkəmizin adını ucalda biləcək çoxlu sayda gənclər var. Onlar evlənə bilmirlər. Çünki evləri yoxdur. Onlara AMEA pul vermir, müdafiə etməyə qoymur. Müəyyən maneələr yaradırlar. Ancaq qohum-əqraba, özlərinə yaltaqlanan şəxsiyyətsizləri yığırlar yanlarına. Ona görə də bu gün Azərbaycan elmi dünyada yoxdur”.

Təhsil eksperti elmdəki acınacaqlı durumla bağlı danışaraq qeyd edib ki, Azərbaycan elmi demək olar ki yoxdur:

“AMEA-dakı bəzi alimlər orada bir elm adamı olaraq yoxdurlar. Onlar orada maket olaraq var. Öz qohum-əqrabasına, kiminsə sürücüsünə ev vermək ən böyük cinayətdir. Eradan əvvəl Romada ən böyük cinayət hakimiyyətin mənimsənilməsi idi. AMEA-da olanlar bir elə alimin haqqını mənimsəyib. Məhz bunların ucbatından alimlər AMEA-ya gəlmir. İnstitut direktorları gəncləri iyrəndiriblər. Onlar nəinki elmdən, Azərbaycandan qaçırlar”.

Səxavət Məmməd

www.yenicag.az

1594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv