Çin səhrasında dəvələrin hərəkətini tənzimləmək üçün işıqforlar quraşdırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Oddity Central” yazıb.
KİV-in məlumatına görə, Qansu əyalətində işıqforlar quraşdırılıb. Məsələ burasındadır ki, hər il mayın əvvəlində yerli səhrada keçirilən festival zamanı ora minlərlə insan gəlir və dəvə sürmək əsas əyləncələrdən biridir. Buna görə də yerli hakimiyyət orqanları heyvanların və atlıların hərəkətini tənzimləmək üçün belə bir addım atıb.
Festival zamanı təşkilatçıların sözlərinə görə, bu zaman tıxac yaranır və quraşdırılan işıqforlar bu problemi də həll edə bilər. Turistlər də vəziyyətin həllinə bu cür yanaşmanı yüksək qiymətləndirib və etiraf ediblər ki, onlar indiyədək belə bir şey görməyiblər./Qaynarinfo /