Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çin "texnologiya oğurluğu" ilə dünya ağalığı etmək istəyir - ABŞ-dan sərt açıqlama

Çin iqtisadi gücü istifadə etmək və “Texnologiya oğurluğu” edərək beynəlxalq nüfuzunu artırmağa çalışır. 

Yenicag.az xəbər verir ki, bu sözləri Avropa ölkələrini Çin barədə xəbərdar etmək üçün ABŞ Müdafiə naziri Mark Esper bildirib.

“Hər hansı bir ölkə nə qədər Çin yatırımlarına açıq olarsa, siyasi vəziyyətin gərginləşəcəyi halda bir o qədər Çinin istəklərinə uyğun qərarlar qəbul etmək məcburiyyətində qalacaq” – deyə, Esper xəbərdarlıq edib.

Çıxışında Uyğur türklərinə işarə edən Mark Esper, “Çinin hökmranlıq edəcəyi bir ölkənin necə bir yer olacağını görmək istəyənlər onun öz sərhədləri daxilində yaşayan insanlara davranışına baxsın” deyə, qeyd edib.

Qeyd edək ki, son illər ərzində təhsil mərkəzi adı ilə Çinin uğurları assimilyasiya etmə siyasəti dünya mediasında geniş müzakirə mövzusuna çevrilib.

Həşim Səhrablı

www.yenicag.az

464
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100