Çin və Hindistan razılaşdı: Hərbi birləşmələr bölgədən çəkilir

Hindistan və Çin hərbi birləşmələrini Himalay dağlarındakı münaqişəli bölgədən geri çəkmə qərarı alıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu baradə Hindistan Xarici İşlər Nazirliyindən açıqlama verilib. Münaqişəli Doklam bölgəsinin boşaldılacağı bildirilib.

Çin Xarici İşlər Nazirliyi də bu açıqlamanın doğruluğunu təsdiqləyib. Lakin Çin bölgədə kəşfiyyat xarakterli fəaliyyətlərini bir müddət daha davam etdirəcək.

Yenicag.az

COP29