Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Çin və Yaponiya arasında gərginlik: Mübahidəli rayonda qazma işləri aparılır

Yaponiya hökuməti Şərqi Çin dənizindəki mübahisəli rayonda qazma işlərinə görə Çinə etirazını bildirib.

Yenicag.az xəbər verir ki, martın 22-də keçirilən mətbuat konfransında bu barədə məlumat verən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa həmin ərazidə iki ölkə arasında məxusi iqtisadi zonaların sərhədlərinin hələ dəqiqləşdirilmədiyini də bildirib.

“Biz təsdiq edirik ki, Çin Şərqi Çin dənizindəki yeni rayonda göyərtəsində qazma qurğusu olan gəmi vasitəsilə təbii ehtiyatların birtərəfli hasilatına başlayıb. Çinin birtərəfli fəaliyyəti dərin kədər hissi doğurur. Bununla əlaqədar biz etirazımızı bildirmişik”, – deyə baş katib bildirib.

Yaponiya tərəfinin qənaətinə görə, Çin gəmisi bu dəfə həmin rayonda yerləşən 16 stasionar qazma qurğusu vasitəsilə yeni qazma işlərinə başlayıb.

Pekin Yaponiya tərəfindən həmin ərazidə müəyyən edilən iqtisadi zonalar arasındakı sərhəddi qəbul etmir və bildirir ki, həmin xətt xeyli şərqdən, təxminən Yaponiyanın Okinava adasının yaxınlığından keçir. Beynəlxalq hüquqa əsasən həmin mübahisə iki ölkə arasında qarşılıqlı razılaşma yolu ilə həll edilməlidir. Vəziyyəti Tokionun nəzarəti altında olan Senkaku adaları ilə bağlı mübahisə də gərginləşdirir. Həmin adaları özünün qeyri-qanuni işğal edilən əraziləri hesab edən Pekin həmin əraziyə tez-tez patrul gəmiləri göndərir./AZƏRTAC/

www.yenicag.az

9515
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM