Çin Venesueladan neft alışını dayandırdı – QƏRAR

Çin Milli Neft Korporasiyası (CNPC) təxminən 5 milyon barrel neftin tankerə yüklənməsi barədə qərarı ləğv edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumatda bildirilir ki, buna səbəb Vaşinqtonun Karakasa qarşı tətbiq etdiyi sanksiyalardır.

O da vurğulanıb ki, avqustda neft tədarükünün ləğvi,w Çinin Venesueladan neft almağı tamamilə dayandıracağı demək deyil.