!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin xəbərdarlıq etdi - ABŞ şirkətləri geri çəkildi

!Reklam – Yazi

ABŞ-ın üç böyük hava yolları şirkəti Çindən gələn tələbdən sonra Tayvanı müstəqil ölkə olaraq tanımaqdan imtina edib.

Yenicag.az xəbər verir ki, American Airlines, Delta Airlines və United Airlines şirkətləri internet saytlarında uçuş nöqtələri siyahısının ölkələr bölümündən Tayvanın adını çıxarıb.

Bu hava yolu şirkətləri yalnız Tayvanın paytaxtı Taybey uçuş nöqtəsi kimi göstərirlər.

Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada ABŞ hava yolları şirkətlərinin bu addımı ciddi irəliləyiş kimi qiymətləndirilib.

Qeyd edək ki, Tayvanın müstəqil ölkə olaraq tanınmasına qarşı çıxan rəsmi Pekin bir müddət əvvəl beynəlxalq hava yolları şirkətlərinə xəbərdarlıq məktubu göndərib. Məktubda bu şirkətlərdən “Vahid Çin” prinsipinə sadiq qalmaları tələb edilib. Əks təqdirdə iyulun 25-dən başlayaraq həmin şirkətlərə sanksiyalar tətbiq ediləcəyini bəyan edib./Teleqraf/

www.yenicag.az

2617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv