Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırır.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu nazirliyin sözçüsü Lin Jian deyib.
“Mövcud şəraitdə bütün tərəflər sakit və təmkinli olmalıdırlar”, – Jian ifadə edib.
Diplomat əlavə edib ki, atəşkəsə nail olmaq üçün dialoq yolu ilə vəziyyətin soyumasına və siyasi nizamlanmaya şərait yaradılmasına səy göstərilməlidir.