Çin zəlzələlər barədə xəbərdarlıq edəcək dünyanın ən böyük sistemini yaradır

Çin alimləri və mühəndisləri 2022-ci il üçün zəlzələlər barədə xəbərdarlıq edən ən müasir və ən böyük sistemin yaradılmasını yekunlaşdıracaq.

Yenicag.az xəbər verir ki, hal-hazırda mütəxəssislər ölkə ərazisində nəticədə vahid bir şəbəkəyə qoşulacaq 15 mindən çox ötürücü quraşdırıb.

Gözlənilir ki, yeraltı təkandan dərhal sonra ötürücülər idarəetmə mərkəzinə elektrik impulslar göndərəcək və nəticədə həmin ərazidə yaşayan sakinlər öz smartfonlarına bu barədə məlumat alacaqlar./Trend/

COP29