Çin zülmündə qalan uyğur soydaşlarımız: Ürəkdağlayan GÖRÜNTÜLƏR – VİDEO

Çində uyğurlara qarşı nifrət və zülm davam edir.

Yenicag.az UyğurHaber-ə istinadla xəbər verir ki, uyğur uşaqlar Doğu Türküstandan Çinə qaçırılaraq orqan mafiyasına satılır.

Onlardan soyğunçuluq, cibgirlik, narkotik kuryeri kimi cinayətlərdə istifadə edilir.

Çin dilini bilmədiklərinə görə, uyğur uşaqlar özlərini müdafiə edə bilmirlər.

Pis məqsədlər üçün istifadə edilən və özlərini müdafiə edə bilməyən bu uşaqlar, tutulduqları halda vəhşicəsinə döyülürlər. Polislər belə onlara kömək etmir.

Bütün bu hadisələrlə Çin mediaları uyğurları cibgir, oğru, qəsbkar kimi göstərilməsinə nail olur.

Ancaq demokrat adlanan ölkələr, yaxud İslam dünyası əliyalın uyğurları terrorçu adlandırır, ədalətsizliyə göz yumur.

Xuraman Etibarlı

COP29