Çinarə: “Kliplərində pulsuz çəkildiyim müğənnilər toyuma gəlmədi”

“Kliplərində pulsuz çəkildiyim müğənnilər toyuma gəlmədi”.

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Çinarə Əliyeva “Özəl” verilişində deyib.

O, toyuna gəlməyən həmkarlarından və sənət adamlarından gileylənib:

“Sevil, Sevinc bacıları, Afaq Gəncəli toyuma gəlmədi. Düzdür, Afaq hədiyyəsini göndərdi. Amma mən özünü gözləyirdim. Bu, ad günü deyil ki, deyəsən gələn il gedərəm. Toydur, ömründə bir dəfə olan şeydir. Özünə də dedim ki, bəlkə məni özünə yaraşdırmırsan, gəlmirsən, dedi ki, yox, mən səni çox istəyirəm. Nura Suri üç masa dəyişdi, yenə də narazı oldu. Axırda da küsdü getdi. Şəbnəm Tovuzlu gəlməmişdi, qızını göndərmişdi. Ayan Babakişiyeva demişdi gələcəm, amma gəlmədi. Mənə demişdiz, yer saxla gələcəm, gəlmədiz. Niyam Səlami də gəlmədi. Eybi yoxdur, zamanında mən də sizin etdiyinizi edəcəm. Mən həyatda borclu qalmağı sevən qız deyiləm”.

Nehru