!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cinayət faktorlarını artıran SƏBƏBLƏR - Təhlükəli vəziyyətin qarşısını necə almaq olar? - MÜSAHİBƏ

!Reklam – Yazi

İnsanların yaşadığı sosial, siyasi, iqtisadi problemlər psixikaya təsirsiz ötüşmür. Hazırda sağlamlığa təsir edən neqativ faktorlar o qədər çoxalıb ki, qloballaşan dünyada insanların həyat tərzi, hadisələrə yanaşması da dəyişilib. İnsanı idarə edən onun psixi enerjisinin olmasını nəzərə alsaq, bu gün ölkədə baş verən hər neqativ xəbərlərdə birbaşa psixoloji dəyərləndirmə vacib hala gəlir. Xüsusən də qətl hadisələrinin artması vəziyyətin nə dərəcədə təhlükəli olduğunu büruzə verir.

Bu mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanovanın Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Lamiyə xanım, kriminal xəbərlərin yayılması cinayət hadisələrinin artmasına yol açırmı?

– Cinayət xəbərlərinin yayılması psixoloji yoluxma effektini aktivləşdirir. Psixoloji yoluxma müəyyən əhval-ruhiyyənin, davranışın şüur vasitəsilə deyil, məhz emosional sfera vasitəsilə ötürülməsinə, o cümlədən konkret hərəkətlərə təşviq edilməsinə səbəb olan psixoloji təsir xarakterli prosesdir. Bu proses zamanı müəyyən emosional halətlər zəncirvari reaksiya modeli üzrə bir adamdan başqasına ötürülür. Şüuraltına sıxışdırılmış vaxtilə yaşanmış hansısa travmaların aktivləşməsini də nəzərə aldıqda, nəticələrin faciə miqyasının artması ehtimalını diqqətdə saxlamamaq məsuliyyətsizlik göstəricisi hesab edilməlidir. Ümumiyyətlə, hansısa xəbərin təqdim olunması prosesi psixoloji senzuradan keçməlidir. Belə ki, günün hansı saatında təqdim olunmalıdır, xəbər zamanı hansısa əlavə şərh verilməlidirmi, cəmiyyətin xəbərə qarşı psixoloji hazırlığına dair ehtimal göstəricisi təyin olunubmu və s. sualları özündə əks etdirən şərtlər ödənilməlidir.

– Sizcə, bu təhlükəli vəziyyətin qarşısını necə almaq olar?

– KİV-də psixomaarifləndirici verilişlərə çox yer vermək, konfliktlərdən uzaq durmaq üçün ünsiyyət mədəniyyətinə riayət etmək, hörmət və sevgiyə olan tələbatın təmin edilməsi üçün cəmiyyətdə mövcud olan mənəvi dəyərlərə hörmətlə yanaşmaq vacibdir. Bundan başqa, özünütəkmilləşdirmə ilə məşğul olmaq, gərginlik yaradacaq məlumat çoxluğundan uzaq olmaq, pozitiv və səmimi insanları tanıyaraq onlarla daha çox ünsiyyət qurmaq lazımdır. Eyni zamanda virtual ünsiyyətə meyillənməmək, canlı ünsiyyətə üstünlük vermək və psixi gərginliyi aradan götürəcək fəaliyyətlə məşğul olmaq neqativ hadisələrə meyilliliyi azaldır.

Gülşən Şərif

www.yenicag.az

7537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv