Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan doqquz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyən edilib.
Ötən gün respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.