Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər SAXLANILDI

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, avqustun 31-də törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.