Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı

İyunun 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

COP29