!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cinayəti necə gizlədə bilərik?” - "New York Times" şahzadənin Ağ Evdəki suç ortağını açıqladı

!Reklam – Yazi

“New York Times” qəzeti jurnalist Camal Qaşıqçının ölümündən sonra Trampın kürəkəni Cared Kuşnerin şahzadə Məhəmməd Salmana problemin öhdəsindən necə gəlmək lazım olduğu barədə məsləhət verdiyini bildirib.

Yenicag.az xəbər verir ki, Trampın baş məsləhətçisi funksiyasını da daşıyan Kuşner 10 noyabr tarixində Con Boltonla birlikdə şahzadə ilə danışıb.

Lakin Kuşner tərəfindən verilən məlumatda bunun onlar arasındakı son görüş olduğu bildirilsə də, qəzet daha sonra ikilinin (Cared Kuşner – Məhəmməd Ibn Salman) yenidən görüşdüyünü və bu görüş əsnasında Kuşnerin şahzadəyə “dünyaya daha çox səs yayılmamış” mövcud cinayəti necə ört-basdır edilməsi yollarının izah etdiyi iddia olunub.

“New York Times”ın əldə etdiyi faktlara əsasən yaydığı xəbərdə, Trampın hakimiyyətə gəldikdən dərhal sonra kürəkəninin Səudiyyə şəhzadəsi ilə davamlı rəsmi və qeyri-rəsmi görüşlər keçirdiyi ortaya qoyulub. Hətta bu görüşlər, jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra da davam edib. Bu dəfə isə söhbət mövzusu “cinayəti necə gizlətmək olar?” sualına cavab tapmaq olub.

“Ağ Ev”də mövcud olan, “xarici dillərdə keçirilən bütün görüşlərə CIA nəzarət edəcək” sanksiyasına baxmayaraq, “Kuşner mütamadi olaraq bu görüşləri necə qeyri-rəsmi keçirə və gizlədə bilib?” sualı isə cavabını tapmamış olaraq qalır.

Bütün dünyanın şahzadəni küncə sıxıb, cinayətdən dolayı cavab verməsini tələb etdiyi anda Kuşner “Ağ Ev”də onun qoruyucusuna çevrilir və beləcə bu, Tramp Səudiyyə Ərəbistanının ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olduğunu nəzərə alaraq kürəkəni ilə eyni siyasi yolu getməsinə səbəb olur.

Ancaq ittifaq üçün tər tökən tək Kuşner deyil. “New York Times”ın əldə etdiyi başqa faktlara əsasən, şahzadə Salman da 2 ildən çoxdur ABŞ, xüsusiylə də Kuşner ilə əlaqələr qurmaq üçün ciddi səylər göstərib və buna nail olub.

Trampın hakimiyyəti bərqərar olduqdan qısa zaman sonra, şahzadə Salmana yaxın bir qrup amerikalı nümayəndə Səudiyyəyə yollanır və yeni qurulmuş sistemdə “onların” əsas dayaq nöqtəsinin məhz Kuşner olacağı məlumatı ötürülür.

Səudiyyə hakimiyyəti isə düşünüləndən də ağıllı davranırmış. Hələ Tramp hakimiyyətə gəlməzdən əvvəl yaxınlıq əlaqələri qurulmuş, Israil-Fələstin böhranında “dəstəkçi olmaq” barədə müzakirələr edilmiş, ABŞ-ın iqtisadiyyatını güclü saxlamaq üçün milyardlarla dollarlıq layihələr atrafında müzakirələr aparılıb.

İki keçmiş “Ağ Ev” rəsmisinin sözlərinə görə, ABŞ hələ şahzadə Salman varis elan olunmamışdan əvvəl Kuşner vasitəsiylə Salmanı hakimiyyətə gətirmək planları qurub. Plana əsasən, kral Salman ibn Abdülləziz öldükdən sonra Səudiyyədə məhz Məhəmməd ibn Salmanın iqtidarı bərqarar olacaqdı. Hətta bunun üçün üçüncü ölkədən – Birləşmiş Ərəb Əmirliklərindən də dəstək vəd edilib.

Məsələyə münasibət bildirən Xarici siyasət üzrə mütəxəssis Martin Induk isə, “Cared Kuşner və Şahzadə Salman arasındakı münasibəti” fərqli xarakterizə edib. O bildirib ki, ikili arasında qurulan münasibət Trampın sadəcə Səudiyyəyə deyil, həm də bütöv regiona nəzarət mexanizmidir.

2016-cı ildəki seçkilərdən sonra ABŞ-a gələn Salman və heyəti döndükdən sonra bir çox məsələləri özündə ehtiva edən sənəd hazırlayır. Burada əsas məsələlərdən biri İsrail-Fələstin məsələsi idi. Məhz Trampın dəstəyini qazanmaq üçün Kuşnerin istədiyi şəkildə hazırlanan bu sənəd birbaşa ABŞ maraqlarına xidmət edib.

Digər ən əsas məsələlərdən biri isə, “Ərəb NATOsu”nun formalaşdırılması olub ki, bu barədə ətraflı məlumatlar əldə edilə bilməyib.

Həşim Səhrablı

www.yenicag.az

2533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv