Çində təxminən 120 min müsəlman-uyğuru “yenidən tərbiyələndirmək” üçün siyasi maarifləndirici düşərgələrə göndəriblər.
Yenicag.az xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.
Məlumata görə, düşərgələr Sinçzyan-Uyğur Muxtar Rayonunun (SUMR) Kaşqar şəhərində təşkil etdilib. Orada onlar inqilabi mahnılar ifa edir, Çin Xalq Respublikasının sədri Si Çzinpinin ideyalarını öyrənir və Çin dilində danışırlar, yfnsıki onlara doğma deyil.
Mərkəzi hökumətin belə hərəkətləri insan hüquqları uğrunda mübarizə aparan fəallar və yerli sakinlər tərəfindən kəskin qınaqla qarşılanır.
“Hər bir məhəllədən, hər bir ailədən üç-dörd nəfər alınır. Bəzi kəndlərdə küçələrdə kişi qalmayıb, yalnız qadın və uşaqlardır. Bütün kişiləri düşərgələrə aparıblar”, – deyə, Dünya Uyğur Konqresi komitəsinin sədri Ömər Kenat bildirib.
Fəallar iddia edirlər ki, yerli hökumətin Si Szinpinin hərəkətlərinə loyal yanaşması qanunsuzluqdur. Hakimiyyət potensial təhlükəli uyğurları təkcə həbs edib həbsxanalara salmır, həm də hər yerdə müşahidə kameralarını qoyur, nəqliyyat vasitələrinə GPS-tənzimçiləri quraşdırır, 16-65 yaş arasında olanların DNK nümunələrini toplayır.