Çində 2 gəmi toqquşub: 11 nəfər itkin düşüb

cenubi-cin-denizinde-cin-ve-abs-gemileri-arasinda-gerginlik-yasanibÇinin şərqində balıqçı gəmisi ilə yük gəmisi toqquşub.

Yenicag.az-ın məlumatına görə, hadisə Futszyan əyalətinin Çjançjou şəhər dairəsi yaxınlığında baş verib.

Qəza nəticəsində balıqçı gəmisi batıb. 14 ekipaj üzvündən üçü xilas edilib.

Fəlakət zonasında xilasetmə əməliyyatı aparılır.

Yenicag.az